Qardaş qardaşı bıçaqlayıb

Qardaş qardaşı bıçaqlayıb

15 Aprel 2014 15:01
Bəyəndim (0) Bəyənmədim (0)

Tovuz rayon sakini qardaşını bıçaqlayıb. Daxili İşlər Nazirliyi saytının verdiyi məlumata görə, aprelin 14-də Tovuz rayonu Əyyublu kənd sakini Şahin Yusifov münaqişə zəminində qardaşı Ürfətə bıçaqla xəsarət yetirib.

Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ş.Yusifov tutulub.