Dünənki qəzada sağ qalan yaralı bu gün dünyasını dəyişib
Bakıda polis rəisinin sürücüsünün öldüyü qəzada yaralananlardan daha bir nəfəri vəfat edib. Belə ki, dünən Bakı dairəvi yolunda baş verən qəzada "Hyundai-Tucson" markalı avtomobilin sürücüsü, 35 yaşlı Rövşən Əhmədov və sərnişini Emin Kərimov Klinik Tibbi Mərkəzə yerləşdirilmişdi. R. Əhmədov xəstəxanada aldığı xəsarətlərdən dünyasını dəyişib.
Qeyd edək ki, Bakı şəhər sakini, polis serjantı, 1979-cu il təvəllüdlü Rafiq Abbasovun idarə etdiyi 10 AA 104 dövlət nömrə nişanlı "Hyundai - Sonata" markalı avtomobillə "Hyundai-Tucson" markalı avtomobillər toqquşub. Nəticədə R. Abbasov hadisə yerində ölüb. R. Abbasovun idarə etdiyi maşın Səbail Rayon Polis İdarəsi rəisinin xidməti avtomobili olub.
Mediainfo.az
Digər xəbərlər








































.jpg)
















.jpg)














.jpg)


.png-1.png)

















