Sayqa Cahidə hücumla bağlı rəsmi məlumat yayıldı

Sayqa Cahidə hücumla bağlı rəsmi məlumat yayıldı

11 Aprel 2014 10:31
Bəyəndim (0) Bəyənmədim (0)

Tanınmış prodüsser Sayqa Cahidə hücumla bağlı rəsmi açıqlama verildi! Belə ki, Bakı Şəhər Baş Polis İdarəsi prodüserin qarət olunması faktı ilə bağı məlumat yaydı.

Aprelin 10-da naməlum şəxs vətəndaş Sayqa Məmmədovanın üz nahiyəsinə gözyaşardıcı qaz vuraraq, əlindən içərisində geyim əşyaları olan çantanı alıb qaçıb. Daxili İşlər Nazirliyinin Çevik Polis Alayı və Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində, soyğunçuluqda şübhəli bilinən Bakı şəhər sakini Məmmədhüseyn Əliyev tutulub. Faktla bağlı araşdırmalara başlanılıb.

Mediainfo.az