
Dünən Sumqayıtda qətl baş verib
Dünən Sumqayıtda qətl hadisəsi baş verib. 4-cü mkr., ev 25, mənzil 14-də yaşayan 23 yaşlı Ramin Əlifov qətlə yetirilib. Qətlin kim tərəfindən törədilməsi hələlik məlum deyil. Ailə üzvlərinin bildirdiyinə görə, Ramin evdən əsgər yoldaşı ilə kimlərinsə arasında yaranmış münaqişəni həll etməyə yollanıb.Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanıb.
Könül Aypara
Digər xəbərlər