Taxta bazarındakı yanğından zəhərlənənlər evə buraxıldılar
Ötən gün Bakıda taxta bazarında baş verən güclü yanğın zamanı tüstüdən zəhərlənərək Kliniki Tibbi Mərkəzin Toksikologiya Mərkəzinə yerləşdirilən 4 nəfərdən ikisinin vəziyyəti yüngül, ikisinin vəziyyəti isə orta-ağır dərəcədə olub.
Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri olan 1991-ci il təvəllüdlü Xaliq Həsənov, 1973-cü il təvəllüdlü Rəşad Heydərov və 1990-cı il təvəllüdlü Kamran Əliyevin vəziyyəti yüngül olduğu üçün onlara ilki tibbi-yardım göstərilib və müvafiq məsləhətlər verildikdən sonra evə buraxılıblar. Yanğın baş verən bazarda işləyən 1984-cü il təvəllüdlü Şamo Dacıyev və 1991-ci il təvəllüdlü Elçin Heydərov vəziyyəti orta-ağır olduğu üçün bir sutka ərzində xəstəxanada qalıblar. Bu gün səhər onların da vəziyyəti stabil və sabit olduğu üçün evə buraxılıblar.
Mediainfo.az









.jpg)
.jpg)

.png-1.png)


















.jpg)
.jpg)



























































