Gəncədə avtomobil qəzası baş verib

Gəncədə avtomobil qəzası baş verib

7 Aprel 2014 11:30
Bəyəndim (0) Bəyənmədim (0)

Gəncə şəhər sakini, 49 yaşlı Müzadil Sarıyev idarə etdiyi "Opel" markalı avtomobillə yolun kənarında dayanan, Gəncə şəhər sakini, 58 yaşlı Qələndər Hüseynova məxsus, "Hyundai" markalı avtobusa çırpılıb. Qəza zamanı "Opel"in sürücüsü və 2 sərnişini, 49 yaşlı Namiq Cunayev, 39 yaşlı Asim Hüseynov müxtəlif bədən xəsarətləri alıblar. Onlar dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Yaralanan şəxslərin vəziyyətinin orta ağır olduğu bildirilir. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır. Xatırladaq ki, hadisə Atatürk prospekti ilə İsrafil Məmmədov küçəsinin kəsişməsində olub.

Mediainfo.az