Yevlax rayonunda qətl törədildi

Yevlax rayonunda qətl törədildi

1 İyun 2011 10:50
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən gecə Yevlax rayonunda qanlı hadisə törədilib. Rayon sakini, 1954-cü il təvəllüdlü Bəxtandil Əfəndiyev münaqişə zəminində qonşusu, 1964-cü il təvəllüdlü Əli Tanrıverdiyevə bıçaqla zərbələr endirib. Çoxsaylı bıçaq xəsarətləri alan Ə. Tanrıverdiyev xəstəxanaya aparılarkən dünyasını dəyişib. B. Əfəndiyev hadisəni törətdikdən sonra polisə gedərək könüllü təslim olub. Faktla bağlı Yevlax rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Qonşu qonşuya baxdı, qonşusunu oda yaxdı.

Tofiq Əliyev

O.M.