Səbail rayonunda zəncirvari qəza baş verib
Səbail rayonu, Neftçilər prospektində 4 avtomobil zəncirvari olaraq toqquşub. Qəza zamanı Tofiq Həşimovun idarə etdiyi "BMW" markalı avtomobil idarəetmənin itirilməsi nəticəsində əvvəlcə İsmət Nəzərovun idarə etdiyi "Mercedes" və Türkiyə vətəndaşı Fatih İlilaqın idarə etdiyi "Audi" markalı avtomobilləri əzib. Daha sonra isə avtomaşın Kamil Sadıqovun idarə etdiyi "VAZ 2106" markalı avtomobilə çırpılıb. Hadisə yerinə Bakı Şəhər Dövlət Yol Polis idarəsinin əməkdaşları gəliblər.
İlkin araşdırmalar nəticəsində məlum olub ki, qəzaya "BMW" markalı avtomobilin sürücüsü Tofiq Həşimovun maşını yüksək sürətlə idarə etməsi səbəb olub. Qəza ilə əlaqədar Neftçilər prospektində bir müddət tıxac da müşahidə olunub. Maşınlar evakuatorlar vasitəsi ilə ərazidən uzaqlaşdırıldıqdan sonra prospektdə nəqliyyatın hərəkəti tam bərpa olunub.
Baş vermiş avtoqəza ilə bağlı araşdırma başlanılıb, müvafiq olaraq avtotexniki və tibbi ekspertizalar təyin olunub. /ans/
Mediainfo.az






.jpg)
.jpg)































.jpg)
.jpg)
.jpg)
































.jpg)



















