Ana qatili olan fahişə
Bakı Apellyasiya Məhkəməsində 83 yaşlı anasını öldürməkdə təqsirli bilinən 42 yaşlı Lumina Məmmədovanın məhkəməsi başa çatıb.
Məlumata görə, 2012-ci il iyulun 30-da, Qaraçuxur qəsəbəsinin Kamunal küçəsində yaşayan 42 yaşlı Lumina Məmmədova anası, 83 yaşlı Çevrov Kərim qızı Məmmədovanı bıçaqlayaraq öldürüb.
83 yaşlı qadın qızı ilə birlikdə yaşayırmış. Lumina yüngül həyat tərzi keçirirmiş. 83 yaşlı qarı bu hərəkətlərinə görə qızına dəfələrlə irad tutub və kişilərlə görüşməyinə son verməyi tələb edib. Hadisə baş verən günü də ana qızına iradını bildirib. Anasının iradlarından təngə gələn Lumina bıçağa əl atıb. O, anasına çoxsaylı bıçaq zərbələri vurub. Yaşlı qadın aldığı bıçaq xəsarətlərindən yerindəcə dünyasını dəyişib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Lumina Məmmədova 13 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Lumina apelyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini istəyib.
Hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə Lumina Məmmədovanın apelyasiya şikayəti üzrə qərar elan edilib. Qərara görə, onun apelyasiya şikayəti təmin edilməyib.








































.jpg)
















.jpg)














.jpg)


.png-1.png)

















