Yanacaqdoldurma məntəqəsinə basqın olub

Yanacaqdoldurma məntəqəsinə basqın olub

1 Aprel 2014 13:46
Bəyəndim (0) Bəyənmədim (0)

Martın 30-da Qazax şəhərinin ərazisində yerləşən, "Azpetrol LTD" MMC-yə məxsus yanacaqdoldurma məntəqəsinə "Volkswagen" markalı avtomobildə gəlmiş naməlum şəxs orada işləyən Həsən Nəbiyevə zor tətbiq edərək 280 manatını alıb.

Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Quba rayon sakini Mürvət Ağaməmmədov tutulub.