Azərbaycanlı biznesmen intihar edib
Bakının Yasamal rayonu Z.Adıgözəlov küçəsi, ev 90-da yaşayan, biznemen Muxtar Babayev dünən saat 12.00 radələrində intihar edib. O, özünü yataq otağının tavanından asıb. Ailəli olan M.Babayev "M and G" firmasının rəhbəri olub. Mərhumun özünə hansı səbəbdən qəsd etməsi isə istintaq tərəfindən araşdırılır. Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb. Əlavə edək ki, bu, dünən baş verən üçüncü intihar hadisəsidir.
Könül Aypara
Digər xəbərlər