Qaynı 4 uşaq anası olan Aytəni məhkəmədə güllələdi

Qaynı 4 uşaq anası olan Aytəni məhkəmədə güllələdi

13 Mart 2014 16:29
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə polisi 4 uşaq anasını qəddarcasına qətlə yetirməkdə suçlanan iki qardaşı həbs edib.

Türkiyə KİV-nin xəbərinə görə, qanlı hadisə Elazığ şəhərində, məhkəmə binasının çıxışında baş verib.

Xəbərə görə, 41 yaşlı Ayten Demir ölümündən bir qədər öncə ərindən boşanıb. Başqa şəxslə ailə həyatı quran Aytən Elazığdan Amasiyaya köçüb. Qadın uşaqların qəyyumluğu məsələsini isə məhkəmə vasitəsilə həll etmək qərarına gəlib. Bununla əlaqədar olaraq o, əri tərəfindən dəfələrlə hədələnib. Məhkəmə iclasının keçirildiyi gün qadın oraya polisin müşayiəti ilə gəlib. Lakin məhkəmədən sonra polis qadını güllədən qoruya bilməyib.

Belə ki, məhkəmənin çıxışında Aytən Dəmiri keçmiş ərinin qardaşı gözləyib. Qadın məhkəmə binasından çıxar-çıxmaz keçmiş qaynı tapança ilə ona 6 güllə vurub. Qadın aldığı güllə yaralarından xəstəxanada keçinib.

Polis qətldə iştirak etməkdə şübhəli bilinən qardaşları - qadının keşmiş ərini və onun 33 yaşlı qardaşını həbs edib.