Maşın piyadanı vurdu

Maşın piyadanı vurdu

13 Mart 2014 10:55
Bəyəndim (0) Bəyənmədim (0)

Gəncə şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. Şəhər sakini, 1993-cü il təvəllüdlü Kamran Məmmədov yolu keçmək istəyərkən, 1985-ci il təvəllüdlü Xəqani Hüseynovun idarə etdiyi "VAZ 2107" markalı avtomobil tərəfindən vurulub. Müxtəlif bədən xəsarətləri alan K. Məmmədov Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Mediainfo.az