Başlarına qadın corabı geyinən mal-qara oğruları yaxalandı

Başlarına qadın corabı geyinən mal-qara oğruları yaxalandı

11 Mart 2014 16:34
Bəyəndim (0) Bəyənmədim (0)

Sabirabad rayonunda mal-qara oğurluğu ilə məşğul olan mütəşəkkil dəstə zərərsizləşdirilib. Bu barədə Sabirabad Rayon Polis Şöbəsindən məlumat verilib.

Məlumata görə, martın 7-də Mətanət Səfərovaya məxsus 6 baş qoyunu oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sabirabad rayon sakinləri Xalid Əliyev, Xanhüseyn Yolçuyev və Şirvan şəhər sakini Saməddin Həmidov tutulublar. Onların bundan əvvəl rayon ərazisində daha bir neçə evdən mal-qara oğurlamaları müəyyən edilib.

Həbs olunan şəxslər oğurluq cinayətlərini etiraf ediblər. Onlar gecə saatlarında oğurluğa getdiklərini deyiblər. Bildiriblər ki, tanınmamaları üçün oğurluğu gedəndə qadın corblarından maska kimi istifadə ediblər.

Faktla bağlı cinayət işi başlanıb