22 yaşlı həyat yoldaşını baltalayıb öldürdü
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Beyləqan rayon sakini Sehran Kamranovun məhkəməsi başa çatıb.
Belə ki, ötən il, iyulun 27-də Bakıxanov qəsəbəsi, Y.Qasımov küçəsində kirayədə yaşayan Beylaqan rayon sakini Sehran Kamranov həyat yoldaşı, Astara rayon sakini 22 yaşlı İranə Kamranovanı baltalayaq öldürüb.
Sehran Kamranov hadisə baş verən vaxt kirayədə yaşadığı mənzildə yeyib-içib. Xeyli spirtli içki qəbul edib və daha sonra həyat yoldaşı ilə mübahisə edib. Bu zaman İranə onun dünyasını dəyişmiş anasını söyüb. Anasını söyməsi onu çox əsəbləşdirib. Baltanı götürərək arvadımın üstünə hücum çəkib. Balta ilə onun baş nahiyəsinə xəsarətlər yetirib. Səs-küyə gələn qonşular araya girib. Qadını onun əlimdən alan qonşular xəstəxanaya aparıblar.
Sehran Kamranov arvadını balta ilə vurandan sonra polis idarəsinə gedib və orada arvadını vurduğunu deyib. O, İranədən əvvəl bir dəfə ailə qurub. Birinci ailəsindən ayrılan Sehran Bakı şəhərinə gəlib və burada İranə ilə tanış olub. Tanış olandan sonra bir yerdə yaşayıblar. Onların bir yaşlı övladı var.
Hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Sehran Kamranov 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.









.jpg)



.jpg)











































.jpg)
















.jpg)









.jpg)









