İki qardaşın qatilinin şikayəti rədd edildi
Bu gün Bakı Ağır Apelyasiya Məhkəməsində adam öldürməkdə təqsirli bilinən Türkan qəsəbə sakinləri Cabbar İbrahimov, Xəlifəli Rəhmanov və Mirxalid Rəhimovun apelyasiya şikayətinə baxılıb.
Ötən il, martın 3-də Cabbar İbrahimov tanışları Xəlifəli Rəhmanov və Mirxalid Rəhimovla birlikdə Türkan qəsəbəsində "Qaratəpə" adlanan ərazidə Taləddin, Elman və Bəhruz Zeynalovlarla görüşüblər.
Orada şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Cabbar İbrahimov ov tüfəngindən Taləddin və Elman Zeynalov qardaşlarına bir neçə dəfə atəş açıb. Taləddin və Elman Zeynalovlar hadisə yerində ölüblər. Cabbar İbrahimov daha sonra Bəhruz Zeynalovun arxasınca qaçaraq onu da öldürmək məqsədi ilə atəş açıb. Bəhruz həmin zaman xəsarət alıb. Ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.
Cabbar İbrahimov Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və daha çox şəxsi öldürmə) və 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə, Xəlifəli Rəhimov və Mirxalid Rəhimov isə Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham olunublar. Məhkəmənin hökmü ilə Cabbar İbrahimov ömürlük azadlıqdan məhrum edilib. Xəlifəli Rəhimov və Mirxalid Rəhimov isə müddətli cəzalara məhkum olunublar.
Hökmdən Cabbar İbrahimov apelyasiya şikayəti verib. O, şikayətində ömürlük cəzanın ləğv edilməsini və barəsində müddətli cəzanın təyin edilməsini xahiş edib.
Hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayəti üzrə qərar elan edilib. Qərara görə, təqsirləndirilənin apelyasiya şikayəti təmin edilməyib.









.jpg)








.jpg)











































.jpg)
















.jpg)














