İkigünlük körpəsini boğub öldürdü

İkigünlük körpəsini boğub öldürdü

25 Fevral 2014 17:05
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyədə tükürpədici cinayətin üstü açılıb. Samsunda ötən il çaydan tapılan ikigünlük körpənin necə öldüyünü müəyyən etmək mümkün olub. İkigünlük körpəni 17 yaşlı anası boğaraq öldürüb. Məlumata görə, körpə gənc qadının qanunsuz münasibətləri nəticəsində doğulub.

Qadın iki il öncə 18 yaşlı gənclə tanışdığını və münasibət nəticəsində hamilə qaldığını deyib. O, uzun müddət ana olacağını ailə üzvlərindən gizlədib. Körpəni də özü təkbaşına evdə dünyaya gətirib. Daha sonra onu corabı ilə boğaraq öldürüb. Cinayətin izini gizlətmək üçün isə körpənin cəsədini həyətdəki hovuza atıb.
Adı açıqlanmayan gənc ailəsinin və sevgilisinin körpənin taleyi barədə heç bir məlumatı olmadığını bildirib.