3-cü mikrorayonda tanışlar arasındakı münaqişə qanla bitdi

3-cü mikrorayonda tanışlar arasındakı münaqişə qanla bitdi

25 Fevral 2014 10:01
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda qətl törədilib.

Nəsimi Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə Nəsimi rayonu, 3-cü mikrorayon, Cavadxan küçəsi 34 ünvanında qeydə alınıb.Bakı şəhər sakini, 25 yaşlı Hacıbala Hacıyev şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zəminində tanışı, 24 yaşlı Pərviz Abdullayevi bıçaqlayaraq qətlə yetirib.Faktla bağlı Nəsimi rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.