Qadınları fahişəliyə cəlb edən “kişilər”

Qadınları fahişəliyə cəlb edən “kişilər”

24 Fevral 2014 16:05
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı qadınları fahişəliyə cəlb edən və onların hesabına pul qazanan kişilər tutulub. Daxili İşlər Nazirliyi mətbuat xidmətini verdiyi məlumata görə, Zakir Əliyevin Buzovna qəsəbəsinin ərazisində icarəyə götürdüyü kafedə əxlaqsızlıq yuvası saxlaması müəyyən edilib. Keçirilən əməliyyat zamanı Z.Əliyev saxlanılıb.

Digər bir əməliyyat zamanı Rəşad Rüstəmovun qadınları fahişəliyə cəlb etməsi müəyyən edilib.
Qeyd edək ki, əməliyyat İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən keçirilib.