Bakıda səfirin müşavirini soydular

Bakıda səfirin müşavirini soydular

24 Fevral 2014 13:57
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı şəhərinin Səbail rayonu ərazisində soyğunçuluq hadisəsi baş verib.

Rayon Polis İdarəsindən verilən məlumata görə, Rusiya Federasiyasının Azərbaycandakı səfirinin müşaviri, 1970-ci il təvəllüdlü Nefodiyev İnnokenti Vyaçeslavoviç tanımadığı şəxs tərəfindən soyulub.Bakıxanov küçəsi 17 ünvanında yerləşən Rusiya səfirliyində müvəqqəti qeydiyyatda olan və yaşayan müşavir gecə saat 00.00 radələrində İstiqlaliyyət küçəsi 53 ünvanının qarşısında tanımadığı şəxslə qarşılaşıb.

Həmin şəxs İnnokenti Nefodiyevə yaxınlaşaraq 1 manat pul istəyib. Səfirlik əməkdaşı da pulqabını çıxararaq ona pul vermək istəyib. Elə bu zaman naməlum şəxs Rusiya vətəndaşının əlindəki pulqabını alaraq qaçıb.

Pul kisəsinin içində 100 manat və xidməti vəsiqə olub.

Hazırda soyğunçunun tutulması istiqamətində tədbirlər görülür.