Müğənni şeytana küfr etdiyi üçün öldürülüb

Müğənni şeytana küfr etdiyi üçün öldürülüb

21 Fevral 2014 14:46
Bəyəndim (0) Bəyənmədim (0)

Tailandda musiqi qruplarından birinin rəhbəri olan Samonq Traisatthanı 30 yerdən bıçaqlayıb öldürməkdə şübhəli bilinən Prakarn Harnfanbusakorn törətdiyi dəhşətli cinayəti etiraf edib

Tailandda ağlasığmaz dərəcədə dəhşətli cinayət qeydə alınıb. Universitet məzunu olan gənc metal musiqi qrupunun üzvü olan Samonq adlı müğənnini şeytanı təhqir etdiyi üçün öldürüb.

Prakarn polis bölməsində verdiyi ifadədə 36 yaşındakı məşhur müğənnini şeytana küfr etdiyi üçün öldürdüyünü deyib.

Hadisə ilə bağlı Sai Mai polis komandiri Çavenqsak Sinsunqsud bunları deyib: "Məşhur müğənni Samonq şeytana inanmadığını söyləyəndə Prakarn əsəbiləşməyə başlayıb və aralırandakı münaqişə pik həddə çatıb. Buna dözməyən Prakarn müğənnini 30 yerdən bıçaqlayıb".

Prakarn hadisənin sabahı günü vəkil olan atasıyla birlikdə polis bölməsinə gedərək təslim olub. "Ramkhamhaeng" universitetinin hüquq fakültəsində təhsil alan Prakarn özünün satanizmə bağlı olduğunu vurğulayıb.