
Sabirabadda məktəbdə yanğın baş verdi
Sabirabadda məktəbdə yanğın baş verib. Fövqəladə Hallar nazirliyinin məlumatına görə, rayonun Hacıbəbir kəndində Təhsil Nazirliyinə məxsus orta məktəbin ərazisində ümumi sahəsi 50 kv.m olan taxta və qamışdan ibarət yardımçı tikilinin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı məktəb binası yanğından mühafizə olunub. Yanğın saat 22:29-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Mediainfo.az
Digər xəbərlər