Mingəçevirdə ərzaq mağazası üçüncü dəfə qarət olundu

Mingəçevirdə ərzaq mağazası üçüncü dəfə qarət olundu

21 Fevral 2014 05:38
Bəyəndim (0) Bəyənmədim (0)

Mingəçevir şəhərində eyni mağazadan 3-cü dəfə oğurluq edilib. Hadisə şəhərin Əliağa Vahid küçəsindəki 2 saylı ünvanda yerləşən ərzaq mağazasında qeydə alınıb. Naməlum şəxs və ya şəxslər gecə saatlarında Gülər Nəbiyevaya məxsus mağazanın qapısını sındıraraq içəri daxil olub və oradan 3 min manat dəyərində ərzaq malları oğurlayıblar. Mağaza sahibinin sözlərinə görə, onun ərzaq mağazası artıq 3-cü dəfədir ki naməlum şəxslər tərəfindən talan edilir.

Ötən dəfəki oğurluq hadisələri zamanı isə mağaza sahibinə 2100 manata yaxın maddi ziyan dəyib. Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır. Hər üç oğurluq hadisəsini törədən şəxs və ya şəxslərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.