Dələduzluqla külli miqdarda pul mənimsəyən qadın tutulub

Dələduzluqla külli miqdarda pul mənimsəyən qadın tutulub

20 Fevral 2014 14:41
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda dələduzluqda şübhəli bilinən qadın həbs edilib. Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, 2013-cü ilin mart-noyabr aylarında İlhamə adlı qadın etibardan sui-istifadə edərək, Bakı şəhər sakinləri Əzizə Hətəmovadan 3830 manat, Mahir Fərzəliyevdən 6650 manat, Məhəbbət İsmayılovadan 7000 manat, Əminə Məhərrəmovadan 4500 manat və Rəna Yusifovadan 2000 manat alaraq qaytarmayıb. Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində dələduzluqda şübhəli bilinən İlhamə Xəlilova saxlanılıb.