Salyan sakini həmyerlisini qətlə yetirib

Salyan sakini həmyerlisini qətlə yetirib

19 Fevral 2014 12:00
Bəyəndim (0) Bəyənmədim (0)

Salyan rayonunda qətl törədilib. Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə rayonun Qızılağac kəndində baş verib. Kənd sakini Şəmsəddin Əsədov münaqişə zəminində həmyerlisi İlqar Nəzirovu bıçaqlayıb. İ. Nəzirov ağır vəziyyətdə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Hadisəni törədən Şəmsəddin Əsədov tutulub. Faktla bağlı araşdırmalar aparılır.