Paytaxtda böyük oğurluq: 100.000 dollar apardılar

Paytaxtda böyük oğurluq: 100.000 dollar apardılar

19 Fevral 2014 11:15
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gecə Bakının Sabunçu rayonu Ramana Südçülük savxozu yeni tikilidə oğurluq hadisəsi baş verib. Vaqif Süleymanova məxsus mənzildən 55 min manat pul və 30 min manat dəyərində qızıl zinət əşyası oğurlanıb (108 363 ABŞ dolları).

Ev sahibinin sözlərinə görə, onlar evdən axşam saat 19.00-da çıxıb 23.45-də geri dönüb və bu mənzərə ilə rastlaşıblar. Mənzilin 4 otağındakı əşyalar oğrular tərəfindən alt-üst edilib. Demək olar ki, evin hər yeri oğrular tərəfindən axtarılıb.Hadisəni görən ev sahibi dərhal rayon polis idarəsinə müraciət edib. Hadisə yerinə rayon polis idarəsinin əməkdaşları cəlb olunub. Hadisə yerində araşdırma aparan hüquq mühafizə orqanlarının əməkdaşları dəlil sübutları götürərək dərhal şübhəli şəxs və ya şəxslərin axtarışına çıxıb. Faktla bağlı araşdırma aparılır.