Sabirabadda evlərdən oğurluq edən şəxs həbs edilib

Sabirabadda evlərdən oğurluq edən şəxs həbs edilib

19 Fevral 2014 09:40
Bəyəndim (0) Bəyənmədim (0)

Sabirabadda evlərdən oğurluq edən əvvəllər məhkum olunmuş şəxs həbs edilib. Bu barədə apa-nın Mil-Muğan bürosuna Sabirabad rayon Polis şöbəsinin müstəntiqi Yavər Evvazovun verdiyi xəbərə görə, Sabirabad sakini Şəhriyar küçəsi 79 ünvanında yaşayan 1987-ci il təvəllüdlü Cümşüdov Səbuhi Əliniyaz oğlu aparılan əməliyyat axtarış tədbirləri nəticəsində evlərdən oğurluq etdiyi məlum olub. 29 yanvar 2014-cü il tarixdə Şıxəliyev Daşqın Xələf oğlunun yaşadığı Sabirabad şəhəri Şıxəli Qurbanov küçəsi 38 saylı evdən ümumi dəyəri 1430 manat olan cehizlik əşyaları oğurlayıb. Bundan başqa o, təkrarən 02 fevral 2014-cü il tarixdə həmin evdən ümumi dəyəri 1180 manat evin cehizlik əşyalarını oğurlayıb. Bundan başqa o, 06 fevral 2014-cü il tarixdə Ələkbərov Elçin Gülmirzə oğlunun yaşadığı Sabirabad şəhəri Ayna Sultanova küçəsi 2 saylı evdən qiyməti 490 manat olan 1 ədəd qara rəngli LC- televizoru və sair əşyalar, ümumi dəyəri 720 manat əmlak oğurlayıb. Ümumilkdə isə o evlərdən istintaqa məlm olan 3330 manat dəyərində özgənin əmlakını oğurlayıb.

Səbuhi Cümşüdov Azərbaycan Respublikası CM-nin 177.2.2-ci, 177.2.3-cü və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Sabirabad rayon məhkəməsi tərəfindən 2 aylıq həbs cəzasına məhkum edilib.

Qeyd edək ki, Səbuhi Cümşüdov bundan əvvəl 5 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunubvə 2013-cü ilin may ayında cəzadan azad olunub.

Faktla bağlı Sabirabad rayon polis şöbəsi tərəfindən cinayət işi başlanıb, istintaq araşdırmaları davam etdirilir.