
Moskvada silahlı hücum: Dörd ölü
Rusiyanın paytaxtı Moskva şəhərində silahlı hücum olub
Şəxsiyyəti məlum olmayan adamların açdığı atəş nəticəsində 4 nəfərin öldüyü bildirilib. Rusiya mətbuatı xəbər verir ki, səhər saatlarında Moskvanın Yeqorevskoye Şossesində silah səsləri eşidilib.
Vətəndaşların zəngindən sonra hadisə yerinə gedən polis qrupları bir avtomobilin yanında 3 adamın cəsədini tapıb. Silahlı hücumda ağır yaralanan bir başqa adam da xəstəxanada dünyasını dəyişib.
Prokurorluq hadisə ilə bağlı cinayət işi başladıb.
Digər xəbərlər