Məşhur gecə klubunda polisləri bıçaqlayanlar yaxalandı

Məşhur gecə klubunda polisləri bıçaqlayanlar yaxalandı

18 Fevral 2014 12:06
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının mərkəzində yerləşən gecə klubunda polisləri bıçaqlayan şəxslər saxlanılıb. Hadisə ötən gecə Mikayıl Müşviq küçəsində yerləşən "502" gecə klubunda baş verib. Dava zamanı ikisi polis olmaqla, 3 nəfər bıçaqlanıb.

Səbayel Rayon Polis İdarəsindən APA TV-yə verilən məlumata görə, kütləvi davada 10-a yaxın adam iştirak edib. Dava zamanı bir tərəfdə 23 yaşlı Mahmud Qurbanlı, onun həmyaşıdı Vasif Musayev, 29 yaşlı Firat Qurbanov və 24 yaşlı Ramin Ələsgərov, digər tərəfdə olan Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsinin əməkdaşı Nicat Hədiyev, Nizami RPİ-nin əməliyyatçısı Tural Həsənov və onların yanında olan 25 yaşlı Xalid Məmmədov dalaşıblar.

Təpik-yumruq davasında sonradan bıçaqlar işə düşüb. Nəticədə polislər – N.Hədiyev, T.Həsənov və onların tanışı X.Məmmədov bıçaqlanıblar.

Fakla bağlı Səbayel Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.