Barda tanış olduğu qıza görə törədilən cinayət

Barda tanış olduğu qıza görə törədilən cinayət

18 Fevral 2014 10:54
Bəyəndim (0) Bəyənmədim (0)

Əslən Şərur rayonundan olan 22 yaşlı Məmmədov Əvəz İsfəndiyar oğlu silsilə oğurluqlar törətdiyi üçün Binəqədi polisi tərəfindən saxlanılıb.

Bir uşaq atası olan Əvəz müvəqqəti eşqinin badına gedib. Onun sözlərinə görə bir neçə il öncə Bakıdakı barlardan birində Nigar adlı xanımla tanış olub. Aralarında yaranan səmimi münasibət sonda Əvəzi ailəsindən edib. Hətta 2 aylıq körpəsini belə gözə almayan Əvəz həmin xanımla bir mənzildə yaşamağa başlayıb. Xanıma olan sevgisini sübut etmək üçün onun adının baş hərfini hətta qoluna belə döydürməkdən çəkinməyib. Heç demə cinayətə əl atmasına da səbəb məhz Nigara olan sevgisi imiş. Əvəzin ələ keçirdiyi qızılların sonrakı aqibəti də məlum olub. Binəqədi RPİ-nin baş əməliyyat müvəkkili, Vaqif adlı şəxs:"Qızılları satıb, öz vəsiqəsi ilə hələ ki, 3 fakt üzrə cinayət işi başlanılıb."

Əvəz deyir ki, əslində mən oğurluq edən deyildim."Çünki bilirdim ki, bunun sonunda dəmir barmaqlıqlar var. Amma Nigar məni əmin edirdi ki, işində ol, səni heç kim ələ keçirə bilməz. Səbəbinə gəlincə isə, yaxşı olar bunu elə Nigarın özü desin. Mənə cadu elədi, bağladı özünə. Çimizdirdi və dedi ki, səni polis tutmayacaq".

Artıq əldə olunmuş faktla bağlı cinayət işi açılaraq araşdırmalar aparılır. İstintaq Əvəzin bu kimi digər cinayətlərini də ortaya çıxartsa, onda Əvəz yaxın 10 ili həbsxanada keçirməli olacaq, yəni Nigarını görmədən. Artıq, hələlik soyadı məlum olmayan Nigar haqda da cinayət işi açılıb və o axtarışa verilib./ans/