Atası və nənəsinin qəbri üstə özünü güllələdi

Atası və nənəsinin qəbri üstə özünü güllələdi

14 Fevral 2014 18:18
Bəyəndim (0) Bəyənmədim (0)

Özünü öldürən Fariz Vəliyev 2 uşaq atasıdır

Bu gün səhər saatlarında Ağdaş rayonunda külli miqdarda borcu olan kişi atasının qəbri üstündə özünü öldürüb. Ağdaş rayon prokurorunun köməkçisi Emil Qurbanovun ANS-ə verdiyi məlumata görə, Ağdaşın Cücük kəndində yaşayan 1969-cu il təvəllüdlü Fariz Məmmədnəbi oğlu Vəliyev kənd qəbiristanlığında atasının və nənəsinin məzarları arasında ov tüfəngilə sinəsinə atəş açıb. 45 yaşlı kişi hadisə yerində ölüb.
"Deyilənlərə görə, F.Vəliyevin külli miqdarda borcu olub. Onun üçün özünü öldürüb", - deyə Emil Qurbanov bildirib.
Qeyd edək ki, 2 uşaq atası olan Fariz Vəliyev Ağdaş şəhərində televizor ustası və elektrik avadanlıqları mağazasında satıcı işləyən Fariz Vəliyevə borclu olub.
Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.