
Bir neçə şəxsə həbs qərarı verən hakim güllələndi
Ukraynada Poltava vilayətinin Kremençuq şəhərində hakim Aleksandr Lobadenco öldürülüb.
Naməlum şəxslər ona dünən axşam hücum edib. O, aldığı güllə yarasından gecə xəstəxanada vəfat edib.
Hüquq-mühafizə orqanlarının məlumatında deyilir ki, 34 yaşlı hakim etiraz aksiyaları zamanı saxlanan bir neçə şəxs haqqında həbs qərarı çıxarıb.
İstintaq hakimin ölümündə bir neçə versiyanı, o cümlədən onun peşəkar fəaliyyətini də nəzərdən keçirir
Digər xəbərlər