Azərbaycanlının qatilinə hökm oxundu

Azərbaycanlının qatilinə hökm oxundu

12 Fevral 2014 14:40
Bəyəndim (0) Bəyənmədim (0)

Kamçatkada gənc azərbaycanlını öldürən şəxsə hökm oxunub. 37 yaşlı Elizovo sakini 9 il azadlıqdan məhrum edilib.

Məhkəmə istintaqı ilə müəyyən edilib ki, 2013-cü il avqustun 5-də həmiş şəxs Elizovo hava limanı yaxınlığındakı parkda içkili vəziyyətdə skamyada oturub. Bu vaxt qızla birlikdə yanında əyləşən gənc oğlan ondan başqa yerə keçməsini istəyib. Buna cavab olaraq sərxoş yerli sakin həmin adamın qarnına bıçaq zərbəsi endirib. 20 yaşlı oğlan qaçmağa çalışsa da, cinayətkar onun arxasınca qaçaraq döş qəfəsinə bıçaq zərbələri endirməyə davam edib. Gənc oğlan aldığı xəsarətlərdən xəstəxananın cərrahiyə şöbəsində ölüb.

APA TV xəbər verir ki, təqsirləndirilən şəxs cinayəti boynuna almayıb. O, israrla həmin gün evdə olduğunu deyib. Ancaq cinayət hadisə şahidlərinin, hadisə yerindən götürülmüş cinayət alətinin və ekspertlərin rəyi əsasında sübuta yetirilib. O, sağlamlığa qəsdən ziyan vermə maddəsi ilə 9 il azadlıqdan məhrum edilib. Həmin şəxs cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.