
2 insan alverçisi saxlanılıb
Azərbaycanda qadınları fahişəliyə cəlb edən 2 nəfər tutulub. Daxili İşlər Nazirliyi saytının verdiyi məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etmiş Bakı şəhər sakini Kəmalə Əziz qızı saxlanılıb.
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etmiş Bakı şəhər sakini Sevinc Hüseynova tutulub.
Digər xəbərlər