Dəstə başçısı tutuldu

Dəstə başçısı tutuldu

6 Fevral 2014 15:45
Bəyəndim (0) Bəyənmədim (0)

Astarxanda polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Azərbaycan vətəndaşı həbs edilib. APA TV xəbər verir ki, adı açıqlanmayan soydaşımız satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə etmə və ya saxlama, hazırlama, istifadə etmə, daşıma və göndərmədə təqsirləndirilərək saxlanılıb. Ondan 1.5 kq-dan çox heroin götürülüb. Qeyri-qanuni dəstənin təşkilatçısı olan azərbaycanlı narkotik vasitələrin cəzacəkmə müəssələrinə ötürülməsinə, satışına və əldə olunan gəlirə birbaşa nəzarət edirmiş. Astarxan polisinin verdiyi məlumata görə, saxlanılan zaman adı açıqlanmayan şəxs güclü təsirə malik olan kokain qəbul etdiyindən anlaqsız vəziyyətdə olub. Dəstənin digər üzvlərinin axtarışları davam edir.