
Gəncədə 31 yaşlı kişini bıçaqladılar
Gəncədə 31 yaşlı kişi bıçaqlanıb.Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından verilən məlumata görə, şəhər sakini 1983-cü il təvəllüdlü Yusif İsmayılov qarın nahiyəsinin kəsilmiş deşilmiş yarası diaqnozu ilə fevralın 5-i saat 04.00 radələrində xəstəxanaya yerləşdirilib.Əməliyyat olunan Y. İsmayılovun vəziyyəti orta ağır qiymətləndirilir.Gəncə şəhər Baş Polis İdarəsindən verilən məlumata görə hələlik cinayətin kim tərəfindən törədildiyi məlum deyil.Faktla bağlı araşdırma gedir.
Digər xəbərlər