Rusiya məhkəməsi həmyerlimizi cəzalandırdı

Rusiya məhkəməsi həmyerlimizi cəzalandırdı

4 Fevral 2014 16:28
Bəyəndim (0) Bəyənmədim (0)

Moskva vilayət məhkəməsi 1 il azadlıqdan məhrum edilən Bəxtiyar Əliyevin cəza müddətini artırıb

Rusiyanın Sergeyev qəsəbəsində 47 yaşlı motosikletçi Leonid Frolovun ölümündə təqsirləndirilən Bəxtiyar Əliyev barəsində verilən hökmü ikinci dəfə gözdən keçirib.
ANS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Bəxtiyar Əliyev 5 il müddətinə azadlıqdan məhrum edilib. O bu müddətin 4 ilini ciddi rejimli koloniyada keçirəcək.
2013-cü il dekabr ayının 10-u məhkəmə Bəxtiyar Əliyevin ehtiyatsızlıq ucbatından şəxsin ölümündə günahkar sayaraq onu 1 il müddətində həbs olunması barəsində hökm vermişdi. Azərbaycanlı vətəndaşın cəzasını artıq çəkib bitirib. O, daha sonra Azərbaycana dönüb.
Öldürülən Leonidin yaxın bayker dostları onun məzarını ziyarət etmək üçün Sergeyev qəsəbəsinə yollanıblar. Sonradan Moskva vilayət məhkəməsi hesab edib ki, bu işə ciddi baxılmayıb. Prosesin gedişatında cinayət qanunvericiliyinin fundamental pozuntuları qeydə alınıb, buna görə də hökm yenidən baxılmağa göndərilib. Rusiya Federasiyasının cinayət məcəlləsi 4-cü bəndinə əsasən sağlamlığa qəsddən ağır ziyan vurma cəzası ehtiyatsızlıq ucbatından öldürmə kimi qiymətləndirilib.
Xatırladaq ki, 2012-ci ilin iyul ayında Bəxtiyar Əliyev Sergeyev qəsəbəsində yerləşən ticarət mərkəzlərindən birində yumruqla Leonid Frolovun üz nahiyəsinə zərbə endirmişdi. Zərbə nəticəsində motosikletçi yıxılaraq başı daşa dəyib, daha sonra isə vəfat edib. Davaya səbəb olaraq isə Bəxtiyar Əliyev və dostunun icazəsiz olaraq park olunmuş motosikletə minmələri göstərilib.