
Xeyir-şər evinin samovarlarını oğurlayanları polis əfv etmədi
Gəncədə xeyr-şər evindən samovar oğurlayan 3 nəfər saxlanılıb.
Gəncə şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, 15 gün əvvəl şəhər sakini Elşən İsmayılov polisə müraciət edərək Üzeyir Hacıbəyov küçəsində yerləşən binanın xeyir-şər evindən 730 manat dəyərində 2 samovarın oğurlandığını bildirib.Əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Mehrab Hüseynzadə, Xəyal Kazımzadə və Emin Əsədov saxlanılıb.Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində cinayət işi açılıb, araşdırma gedir.
Digər xəbərlər