Baldız qatilinə 15 il hökm oxunub

Baldız qatilinə 15 il hökm oxunub

28 Yanvar 2014 18:01
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində baldızını qətlə yetirməkdə təqsirləndirilən Habil Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Prosesdə hökm oxunub. Hökmə əsasən, H. Həsənov 15 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Habil Həsənov həyat yoldaşını öldürmək istəyib. Lakin bu zaman qarşısına çıxan baldızı, 61 yaşlı Nübar Novatəliyevanı güllələyib.