
Oğru dəstə ifşa edildi
Biləsuvar RPŞ-nin keçirdiyi əməliyyat zamanı müxtəlif vaxtlarda oğurluq edən dəstə zərərsizləşdirilib. Məlum olub ki, saxlanılan şəxslərin çirkin əməlləri təkcə Biləsuvar rayonu ilə məhdudlaşmayıb. Onlar idarə etdikləri "VAZ 2106" markalı minik avtomobili ilə müxtəlif vaxtlarda Astara, Yardımlı və Salyan rayonlarındakı market və apteklərə girərək oradan pul və qiymətli əşyalar oğurlayıblar.
Hazırda polis cinayət əməlində adı hallanan digər 3-cü şəxsin axtarışlarını davam etdirir. Şübhəli şəxs qismində saxlanan Elmar Əkbərzadə əvvəllər də məhkumluq həyatı yaşayıb. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq davam edir.
Digər xəbərlər