Qardaş qardaşı qanına bələdi

Qardaş qardaşı qanına bələdi

20 Yanvar 2014 09:47
Bəyəndim (0) Bəyənmədim (0)

Ağdamda bıçaqlaşma olub.

Məcburi köçkünlər üçün salınmış Baharlı qəsəbəsi ev 26-da yaşayan Bağırov Şəhriyar Qaraxan oğlu aralarında baş verən münaqişə zəminində böyük qardaşı, 36 yaşlı Bağırov Bəhram Qaraxan oğlunu bıçaqlayıb.Yaralı Bərdə Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

Bağırovlar ailəsi Ağdamın erməni işğalı altında olan Muğanlı kəndindən məcburi köçkün düşüblər.Qardaşına ağır xəsarət yetirən Ş. Bağırov Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun hadisəni sərxoş vəziyyətdə törətdiyi bildirilir.Faktla bağlı araşdırma aparılır.