
Beyləqan rayonu, Dünyamallılar kəndində oğrular "at oynadırlar"
Beyləqan rayonunun Dünyamalılar kəndində bir dəstə oğru "at oynatmaqdadır". İlk qurban kənd sakini Sevil Nəcəfova olub. Onun mənzilindən 94 manat, 3 əl çantası və telefon danışıq kartları oğurlanıb. S. Nəcəfova oğurluğun bir qrup şəxs tərəfindən törədildiyini iddia edir. Onun sözlərinə görə, hadisədən əvvəl oğrular elektrik naqilini kəsərək, işıqlarını söndürüblər. Çox güman ki, tanınmaq istəməyiblər.
Növbəti hədəf Arif Mehdiyev olub. Onun mənzilinə soxulan oğrular evdən xeyli miqdarda qızıl-zinət əşyası apara biliblər. Ceyhun Əhmədovun yaşadığı evə girməyə nail olan qarətçilər burada da eyni aqibətlə üzləşiblər. Sərdar Nəcəfovun tövləsindəki iki baş iribuynuzlu heyvanı həyətdən çıxara bilsələr də, sakinlərin sayıqlığı üzündən əliboş qaçmalı olublar.
Artıq şübhəli şəxs qismində saxlanılan var. Bu, rayon sakini Bəxtiyar Muradovdur. İstintaq davam etdirilir.
Mediainfo.az