Bağlı qalmış bir neçə əcnəbinin qətlinin üstü açılıb

Bağlı qalmış bir neçə əcnəbinin qətlinin üstü açılıb

17 Yanvar 2014 19:07
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda əvvəlki illərdən bağlı qalmış bir neçə əcnəbinin qətlinin üstü açılıb. Bu barədə Bakı Şəhər Prokurorluğunda keçirilən əməliyyat müşavirəsində bildirilib.

Qeyd olunub ki, Xətai rayonunda Hindistan vətəndaşı Binod Kumarın, Nəsimi rayonunda İran İslam Respublikası vətəndaşı Həqzadə Mirəli Vəkil ağa oğlunun, Yasamal rayonunda Türkiyə vətəndaşı Mehmet Alim Halil oğlunun, Nərimanov rayonunda Nağıyev Rasim Tağı oğlunun qətlə yetirilmələri ilə əlaqədar bağlı qalmış cinayət işlərinin açılması təmin edilərək təqsirkar şəxslər məsuliyyətə cəlb olunublar.