Qardaş qanına susamış qardaş

Qardaş qanına susamış qardaş

15 Yanvar 2014 17:29
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda qardaş qardaşı qətlə yetirib. Nərimanov Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə bu gün rayonun Ağa Nemətulla küçəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1964-cü il təvəllüdlü Zahir Əsəd oğlu Əsədov aralarında yaranan münaqişə zəminində qardaşı, 1961-ci il təvəllüdlü Vahid Əsədovun baş nahiyəsinə linglə vuraraq qətlə yetirib. Hadisəni törədən Z. Əsədov könüllü olaraq polisə təslim olub.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.