
Mağazanı qarət etdilər
Mağazaya girən oğrular 900 manat pul və tütün məmulatları aparıblar
Bakı şəhərində biznes-ledinin obyekti qarət edilib. Hadisə Xəzər rayonu ərazisində baş verib. Olqa Kalımovaya məxsus mağazaya girən oğrular 900 manat pul və tütün məmulatları aparıblar.
Naməlum şəxslər mağazanın dam örtüyünü söküb, sonra isə içəri giriblər. Xəzər rayon Polis İdarəsindən bildirilib ki, oğurluqla bağlı iki nəfər artıq tutulub. Onlar əvvəllər oğurluq üstündə məhkumluq yaşamış Amin Heydərli və 15 yaşlı məktəbli Sirac Şükürovdur. Onlar polisə ifadələrində mağazadan oğurluq etmələrini sırf tamah məqsədilə, mənfəət əldə etmək üçün etdiklərini deyiblər.
Oğurluq edilən mağazanın artıq 8 ildir icarədarı olan O.Kalımovanın mağazasından nağd puldan başqa, ümumi dəyəri 1500 manat olan tütün məmulatları və danışıq konturları götürülüb.
Hazırda istintaq aparılır.