Ananı vəhşicəsinə döyə-döyə öldürən oğul da gördük

Ananı vəhşicəsinə döyə-döyə öldürən oğul da gördük

7 Yanvar 2014 11:27
Bəyəndim (0) Bəyənmədim (0)

Gəncə şəhərində dəhşətli qətl hadisəsi törədilib. Gəncə şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Heydər Əliyev prospekti, 93 ünvanında 1963-cü il təvəllüdlü Qasımov Yaşar İslam oğlu anası, 1935-ci il təvəllüdlü Cəvahir Xızıyevanı qətlə yetirib.50 yaşlı kişi birgə yaşadığı anasını vəhşicəsinə döyüb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan qadının həyatını xilas etmək mümkün olmayıb.Y.Qasımovun doğma anasını evdə təmizlik məsələlərinə görə döydüyü bildirilir. Faktla bağlı araşdırma aparılır.