
Cinayətkar “iş başında” yaxalandı
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları əməliyyat keçirib. Bakıda keçirilən əməliyyat nəticəsində silah və sursat satan şəxs yaxalanıb. ANS-in verdiyi məlumata görə, şəhər sakini Rəhim Əzimov 1 ədəd "Revolver" markalı tapançanı və 1 ədəd patronu satarkən tutulub. Əməliyyatı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları həyata keçirib.
Bundan başqa, R.Əzimovdan əlavə olaraq 1 ədəd "Valter" markalı tapança və 2 ədəd patron götürülüb.
Digər xəbərlər