Gəncədə qətl törədilib

Gəncədə qətl törədilib

6 Yanvar 2014 14:06
Bəyəndim (0) Bəyənmədim (0)

Gəncə şəhərində qətl hadisəsi törədilib.Daxili İşlər Nazirliyi mətbuat xidmətinin verdiyi məlumata görə, yanvarın 5-də Gəncə şəhərinin ərazisindən Samux rayon sakini Elgün Əsgərovun üzərində bıçaq xəsarətləri olan meyiti xəstəxanaya gətirilib. Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin münaqişə zəminində Gəncə şəhər sakini Həsən Həsənov tərəfindən törədilməsi müəyyən edilib.

Faktla əlaqədar cinayət işi başlanıb.