Ağstafa sakini həmkəndlisini bıçaqladı

Ağstafa sakini həmkəndlisini bıçaqladı

6 Yanvar 2014 11:46
Bəyəndim (0) Bəyənmədim (0)

Ağstafa rayonunda bıçaqlanma olub. Ağstafa rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə rayonun Qıraq Kəsəmən kəndində qeydə alınıb.

Ağstafa sakini, 1981-ci il təvəllüdlü Araz İsmayılov kənd sakini, 1987-ci il təvəllüdlü Pərvin Nəcəfovla mübahisə edib. Mübahisə zamanı Araz İsmayılov Pərvin Nəcəfovu bıçaqlayıb. Pərvin Nəcəfov Ağstafa rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı cinayət işi başlanıb.