
Toyda qan saldılar: beş gənc bıçaqlandı, biri isə möhkəm döyüldü
Göyçay rayonunda toy mərasimi dava ilə nəticələnib. Hadisə rayonun Bəydövül kəndində qeydə alınıb.
Kənddə təşkil edilən toy mərasimində iştirak edən qonaqlar arasında baş verən kütləvi dava zamanı 1988-ci il təvəllüdlü Mustafayev Nüsrət Əfqan oğlu, 1989-cu il təvəllüdlü Yusifov Rusif Ramiz oğlu, 1993-cü il təvəllüdlü Yusifli Rüstəmxan Alxan oğlu və 1965-ci il təvəllüdlü Qorxmaz Sərxan oğlu Yusifov bıçaqlanıb, 1987-ci il təvəllüdlü Mustafayev Nəzarət Əfqan oğlu dəmir küt alətlə döyülüb.
Xəsarət alan 5 nəfər Göyçay Mərkəzi rayon Xəstəxanasının cərrahiyyə və travmatologiya şöbələrinə yerləşdirilib. Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Digər xəbərlər